Ausbildung – İkili peşə təhsili nədir?
Almaniyada peşə təhsili və ya “Ausbildung” (ikili təhsil sistemi – Duale Ausbildung) kimi tanınan sistem yüksək ixtisaslı və ixtisaslaşmış işçi qüvvəsinin formalaşdırılmasında mühüm rol oynayır. Bu sistem peşə məktəblərində nəzəri təlimi real iş mühitində praktiki təlimlə birləşdirir. Nəticədə məzunlar təkcə akademik bacarıqlara malik deyil, həm də sektorun tələb etdiyi praktiki bacarıqlara malikdirlər.
Almaniyada hansı sahələrdə Ausbildung – peşə təhsili ala bilərəm?
Almaniyada demək olar ki, hər bir sahədə Ausbildung ixtisasları vardır. Bu ixtisaslarda təhsil alarkən siz həm də gəlir əldə edirsiniz. Əsasən Azərbaycanda populyar olan Gastronomiya, turizm və otelçilik, Ausbildung etmək mümkündür.
![Berlin academy emekdasliqlar](/media/46e84f2a-2964-4bdb-8755-884352a297b5.jpg)
Ausbildung təhsili üçün dil sertifikatı vacibdirmi?
Ausbildung proqramları Almaniyada müxtəlif sektorlarda təklif olunduğundan B2 sertifikatı xüsusi ixtisas və işəgötürənlərdən asılı olaraq dəyişir. Bəzi sahələrdə B1 dil biliyi kifayət edir. Əsasən hansı sahələr sertifikat tələb edir:
- Otel sektoru: Almaniyada bir çox otel, restoran və turizm sahələri üzrə Ausbildung proqramları mövcuddur.
- İnşaat və mühəndislik: İnşaat mühəndisliyi və ya oxşar peşələrdə tikinti layihələri və mühəndislik tədqiqatları ilə bağlı effektiv ünsiyyəti təmin etmək vacib ola bilər.
- İT sahəsi: İnformasiya texnologiyaları sahəsində çalışacaq şəxslərdən komanda daxilində ünsiyyət qurmaq və müştəri tələblərini effektiv şəkildə qarşılamaq üçün B2 səviyyəli alman dili biliyinə malik olmaları gözlənilə bilər.
![Almaniyada otel sektoru](/media/bf9fa766-1c8a-4c8b-901d-58ff034e29f7.jpg)
Peşə təhsilini - Ausbildungu bitirdikdən sonra Almaniyada qalıb işləyə bilərəmmi?
Əlbəttə, Ausbildung proqramını müvəffəqiyyətlə başa vuran şəxslər Almaniyada oturum izni alaraq qalıb çalışa bilərlər.