Berlin Academy Azərbaycan Turizm Universiteti ilə əməkdaşlığa başladı

Şirkətimizin Azərbaycan Turizm Universiteti ilə əməkdaşlığı sayəsində turizm ixtisası olan tələbələrimiz üçün beynəlxalq təcrübə əldə etmək və beynəlxalq əlaqələr qurmaq üçün bir imkan yaradırıq. Bu təklifimiz çərçivəsində, sizə Almaniyaya səfər etmək imkanı təqdim edirik. Almaniyada mövcud olan bir sıra turizm obyektləri, otellər və digər maraqlı yerlərə səfər edərək təcrübə qazanmaq, beynəlxalq mühitdə öyrənmək imkanınız olacaqdır. Bu fürsət sizi beynəlxalq turizm sənayesinin bəzəyi kimi gücləndirəcək və karyeranızın mərhələlərini daha da yüksək səviyyəyə catdıracaq.

 

Niyə Almaniyada Turizm işi?

Almaniyada turizm sektorunda işləməyi seçmək üçün bir neçə vacib səbəb var. Almaniya tarixi və mədəniyyəti ilə zəngin bir ölkədir. Tarixi qalaları, şəhərləri, muzeyləri, festivalları və təbii gözəllikləri ilə tanınır. Bu müxtəliflik turizm sənayesində çalışanlar üçün imkanlar yaradır.

 

Kimlər müraciət edə bilər?

Almaniyada iş üçün Turizm sahəsi üzrə Ali Təhsil diplomu (bakalavr və ya magistr diplomu fərqi yoxdur) olanlar və turizm sahəsinə marağı olanlar müraciət edə bilər.

 

Tələblər nələrdir?

  • Turizm ixtisası üzrə Ali təhsil diplomu olanlar
  • B1 Alman dili səviyyəsi

 

Təmin olunursunuz

  • İlk 3 ay ev ilə təmin
  • Qidalanma
  • Əmək haqqı 2400 euro